DSX Sahil Mühafizəsinin yeni gəmisi dənizə endirilib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisinin (OPV-62) və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.

Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verilib.

Dövlət başçısına məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Yeni istifadəyə verilən itisürətli qayıqlarda quraşdırılmış aşkaretmə qurğuları məhdud görmə şəraitində axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsinə, sərhəd növbətçilərinin çevikliyinin artırılmasına imkan yaradır. Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza xilasetmə və digər avadanlığın quraşdırıldığı sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək iqtidarındadır.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş 1 ədəd ikinci  dərəcəli (“Tufan” layihəli) və 6 ədəd üçüncü dərəcəli (“Şahdağ” layihəli) sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

001

004

005

006

007

009

010

011

012

014

015

KATEQORIYA:
Bu xəbəri paylaş