DSX saxta sənədlə Azərbaycan gəlmək istəyən xarici vətəndaşları saxlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxsləri aşkar ediblər.
DSX-nın mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, bu ilin yanvarın 29-da həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzərlərində yapışdırılan saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıblar.
Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Respublikasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.
Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıb.