DSX tərəfindən 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb

DSX tərəfindən 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Azeri Defence saytına verilən məlumata görə, avqustun 10-da “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş