DSX tərəfindən mütəşşəkil cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşşəkil cinayətkar dəstə zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumata verilib.

Bildirilib ki, dekabrın 25-də saat 23:00 radələrində Cəlilabad rayon Edişə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İrandan Azərbaycana qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Əməliyyat zamanı 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılıb.

Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürrəkəb olmasından istifadə edərək hadisə yerindən qaçmağa müvəffəq oliblar.

Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş