DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Avqustun 27-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Azeri Defence saytına verilən məlumata görə, imtahanda iştirak etmək istəyən şagirdlər 24 avqust saat 23:59-dək  “İmtahana buraxılış vərəqəsi” ni çap etməlidirlər.

İmtahana yalnız 2020-ci il yanvarın 9-dan martın 3-dək “Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılırlar.

İmtahanda iştirak etmək istəyən şagirdlər 2020-ci il 24 avqust saat 23:59-dək DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ni çap etməlidirlər.

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də test üsulu ilə keçiriləcək.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

Azərbaycan dili;

Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən şagirdlər:

– şəxsiyyət vəsiqəsi;

– İmtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş