DSX Xüsusi Məktəbinin məzunlarının buraxılışı olub – FOTOLAR

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində məzunların buraxılışına həsr оlunmuş tədbir kеçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məktəbdə şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi yetişdirilməsi üçün  hər cür şərait yaradıldılıb.

Hər il məktəbdə оxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çоx оlmasının məktəbin Azərbaycanda böyük nüfuz qazanmasının göstəricisi olduğu iftixar hissi ilə qeyd edilib.

Təhsildə fərqlənən məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim оlunduqdan sonra məzunlar Xüsusi Məktəbin bayrağına təzim edərək məktəblə vidalaşıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş