DSX Xüsusi Məktəbinin məzunların ilk buraxılışı olub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların ilk buraxılışına həsr olunmuş tədbir keçirilib.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin nümayəndələri, generallar iştirak ediblər.

Dövlət himni səsləndikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək məzunları təbrik edib, tövsiyə və tapşırıqlarını verib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali diqqət və qayğıdan E. Quliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı əməyini xüsusi qeyd edib.

Tədbirdə qeyd olunub ki, şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi tərbiyə olunması üçün məktəbdə bütün şərait yaradılıb. Hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olması qısa müddətdə məktəbin respublikada böyük nüfuz qazanmasının göstəricisi olduğu vurğulanıb.

Məzunların Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanlarını uğurla verəcəkləri, Akademiyada sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnərək yüksək ixtisaslı zabitlər kimi ölkəmizin sərhəd mühafizəsində şərəflə xidmət edəcəkləri bildirilib.

Xüsusi məktəbin rəisi E.Quliyev və məktəbin məzunu S.Musayev tədbirdə çıxış edərək şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Təhsildə fərqlənən ilk məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.

Məzunlar Xüsusi Məktəbin bayrağını öpərək məktəblə vidalaşıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş