DSX yüksək keçid qabiliyyətlərinə malik nəqliyyat vasitələrinin təqdimatı keçirilib – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə həyata keçirilən tədbirlər davam etdirilir.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Aİ, BMTİP və DSX tərəfindən 2014-cü ilin noyabrından birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində fəaliyyətlər ardıcıl olaraq genişləndirilir.

Bu gün Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində təqdim olunmuş texniki vasi­tələrin rəsmi qəbulu mərasimi keçirilib.

Tədbir zamanı Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün yüksək keçid qabiliyyətlərinə malik olan avtomobillər və kvadrosikllər, yük maşınları, habelə infromasiya texnologiyaları ava­danlığı və digər xüsusi texniki vasitələr təqdim edilib.

Bu avadanlıqlar layihənin əhatə etdiyi sərhəd bölgəsi üzrə təhlükəsizliyin təmin olunmasına və transsərhəd cinayətkarlığı ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək.

Mərasimdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai və Aİ-nin Bakı Ofisinin nümayəndəsi Migel Qomez Maqro iştirak edib.

Məlumatda xatırladılıb ki, 4 komponentdən ibarət olan layihənin məqsədləri sərhədlərin idarə olunması sahəsində müasir infrastrukturun yaradılması, əməkdaşlığın gücləndi­rilməsi, strateji idarəetmə potensialının inkişaf etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd məntə­qələrinə və əlaqədar bölmələrə texniki dəstəyin göstərilməsidir.

Layihə çərçivəsində Avstriya, Latviya, Sloveniya və Polşa sərhəd xidmətləri, Rumıniyanın Daxili İşlər Nazirliyi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlərinin iştirakı ilə qurumdaxili, qurumlararası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təlim-tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması üzrə treninqlər təşkil olunmuş, normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən layihə üzrə ötən müddət ərzində Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda keçirilən 12 tədbirə Dövlət Sərhəd Xidmətinin 65 əməkdaşı cəlb edilib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş