DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ənənəvi olaraq qanvermə aksiyasında iştirak edirlər.

Bu barədə “AzeriDefence”ə DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş