DTX Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK terrorçularının radio danışıqlarını yayıb – VİDEO

DTX Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK terrorçularının radio danışıqlarını yayıb – VİDEO

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, DTX tərəfindən Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

DTX müvafiq materialları təqdim edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş