DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat köçürüb

DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat köçürüb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat məbləğində vəsait köçürülüb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti “Facebook” hesabında məlumat yayıb.

Vəsaitin köçürülməsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının könüllü istəyi ilə onların aylıq pul təminatı hesabına həyata keçirilib.

Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş