DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azeri Defence saytına verilən məlumata görə, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş