DTX və DSX birgə əməliyyat keçirib

DTX və DSX birgə əməliyyat keçirib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz halda bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram narkotik vasitə (1 kq 40 qr “heroin”ə və 1 kq 100 qr “metamfetamin”ə) oxşar maddələraşkar olunaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş