DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxlayıb

DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxlayıb

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılıb və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

Azeri Defence xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş