“Dubai Airshow-2015” başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2015” beynəlxalq aviasiya sərgisi və şousu işə başlayıb.

“AzeriDefence”yə aviaşounun təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, sərgi və aviaşouda dünyanın müxtəlif ölkələrindən mülki və hərbi aviasiya sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edirlər.

_DSC0616

Azairtechservice şirkətinin stendi

Sərgi bölməsində Azərbaycanı “Azairtechservice” şirkəti təmsil edir. Sərgi və aviaşouya Azərbaycandan ziyarətçi qismində nümayəndə heyətləri qatılıb.

“Azairtechservice” şirkətinin stendində Azərbaycanın “Azərbaycan Aviasiya Təmir” və “Gəncə Aviasiya Təmir” zavodlarının potensialı da nümayiş etdirilir.

Sərginin açıq sahəsində müxtəlif firmaların istehsalı olan 128 ədəd uçuş aparatı əyani şəkildə nümayiş etdirilir.

Sərgi çərçivəsində aeroport və aviasiya təəhlükəsizliyinə həsr olunmuş beynəlxaq konfransın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Dubai Airshow-2015” dünyanın üç ən böyük aviasiya sərgi və şousu arasında yer alır. 2013-cü ildə keçirilmiş son sərgi zamanı 206.1 milyard dollar dəyərində alğı-satqı müqavilələri imzalanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş