Dünya müdafiə sənayesinin tanınmış şirkətləri Bakıya gəlir

ADEX-2014-ə hazırlıq davam edirAzərbaycanda 2014-cü ilin sentyabr ayının 11-dən 13-dək keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın bir sıra ölkələrindən tanınmış şirkətlər iştiraklarını təsdiqləyiblər. Bu barədə “AzeriDefence.com” saytı sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Bu günədək Türkiyə, Polşa, Serbiya və Cənubi Koreya sərgidə Milli pavilyonla iştiraklarını təsdiqləyib.

Sərgidə iştirakını təsdiqləyən şirkətlər arasında müdafiə sənayesi sektorunda tanınmış Çinin CETC International Co.Ltd, İsrailin Elbit Systems, Rafael, Fransanın MBDA, Rusiyanın Rosoboroneksport, Roshelikopter, Rostexnologiya, Hindistanın MKU Pvt.Ltd, Cənubi Afrikanın Paramount Group, Türkiyənin Aselsan, TAİ, Havelsan, MKEK, STM, Yakupoclu, Polşanın AMZ- Kutno, Bumar, HUTA STALOWA WOLA, Radmor, Serbiyanın Yugimport kimi şirkətləri yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş