Dünya ölkələrinin hərbi xərcləri açıqlanıb

Dünya ölkələrinin silahlı qüvvələrinin analizinə həsr edilmiş “The Military Balance 2017″nin növbəti buraxılışında Strateji Tədqiqatlar Beynəlxalq İnstitutunun hazırladığı məlumatlar qiymətləndirilib.

“AzeriDefence” xarici mediaya istinadən verdiyi məlumatına görə, hesabatda Azərbaycanın ÜDM-də hərbi məhsulların göstərici 4.03% olduğu göstərilib.

Digər qrafikada isə 1000 üzərindən götürülmüş indekslər müyyən edilərkən aşağıdakı parametrlər nəzərə alınıb:

Azərbaycanın silahlanmaya ayrılan vəsaitin ümumi daxili məhsuldakı pay faizi, səhiyyə xərcləri, hərbiçilərin ehtiyat qüvvələrin sayına görə faiz nisbəti, ölkədəki həkimlərin ölkə əhalisinə olan nisbəti, ağır silahların əhalinin sayına görə nisbəti.

Bu nisbət nə qədər çox olarsa, həmin ölkə bir o qədər hərbiləşmiş sayılır.

Azərbaycanın bu göstəricilər üzrə indeksi 790,7-dir və 9-cu yerdə qərarlaşıb.

KATEQORIYA:
Bu xəbəri paylaş