Dünya silah bazarında Çinin satışı artır, Rusiyanın isə satışı azalır

Dünya silah bazarında Çinin satışı artır, Rusiyanın isə satışı azalır

Dünyanın ən böyük 25 müdafiə sənayesi şirkəti arasında Çin şirkətlərinin silah satışları artır, Rusiya şirkətlərinin silah satışları isə azalır.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) açıqladığı illik hesabatında bildirilib.

Dünyanın ən böyük 25 müdafiə sənayesi şirkəti siyahısına Çinin 4 şirkəti daxildir. Üçü ilk 10-da yer alır: AVIC (6-cı sırada), CETC (8-ci sırada) və NORINCO (9-cu sırada). İlk 25-likdə yer alan dörd Çin şirkətinin (CSGC; 24-cü yerdə) ümumi gəliri 2018 – 2019-cu illər arasında 4,8 % artıb. ABŞ-dan sonra Çin 25 silah şirkəti sırasında 16 % ilə 2019-cu il silah satışındakı ikinci ən böyük paya sahib olub.

İlk 25-likdə yer alan iki Rusiya şirkətinin – “Almaz-Antey” və “United Shipbuilding” şirkətlərinin gəlirləri 2018-2019-cu illər arasında ümumilikdə 634 milyon ABŞ dolları azalıb. Üçüncü Rusiya şirkəti “United Aircraft”, 1.3 milyard ABŞ dolları satışını itirib və 2019-cu ildə ilk 25-dən çıxıb. Sıralamadakı iki Rusiya şirkəti silah satışının 3.9 faizini təşkil edib.

KATEQORIYA:
Bu xəbəri paylaş