Dünyanın ən bahalı pilot dəbilqəsi: Dəyəri 400.000 dollardır

ABŞ hərbi aviasiyası tarixində “Helmet Mounted Display System” (HMDS) pilot dəbilqəsi ən bahalı olacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ABŞ Müdafiə Nazirliyi ilə əldə olunan razılığa əsasən dəbilqə 400.000 dollar məbləğində dəyərləndirilib.

Öz unikallığı ilə seçilən dəbilqənin qoruyucu şüşəsində proyeksiya funksiyası var ki, bu da döyüş təyyarələri üçün yenilikdir.

Müasir texnologiyanın tətbiqi sayəsində pilot öz təyyarəsinin korpusunu da görə bilir.

Dəbilqə elə şəkildə hazırlanıb ki, hətta optik eynəkdən istifadə edən şəxslər də bundan istifadə edə biləcəklər.

Həmçinin, dəbilqə katapult zamanı pilotun baş nahiyəsini qorumaq üçün zərbəyə davamlı materialdan hazırlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş