Dünyanın ən böyük təyyarəsi sınaqdan keçirilib

ABŞ-ın “Stratolaunch Systems” aerokosmik şirkətinin hazırladığı “Stratolaunch” təyyarəsi uçuş zolağında sınaqdan keçirilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Pol Allen öz “Twitter” səhifəsində bildirib.

Pol Allen qeyd edib ki, Kaliforniyanın Moxava aviakosmik limanıda uçuş zolağının ön xəttinə çıxarılan dünyanın ən böyük təyyarəsinin ilk hərəkət sınağı uğurlu nəticələnib.

Pol Allenin “Twitter”də paylaşdığı video görüntüdə “Stratolaunch” təyyarəsinin tədricən sürət yığaraq uçuş-enmə zolağı üzrə, bir neçə  avtomobilin müşayiətilə yavaş-yavaş hərəkət etdiyi müşahidə olunur.

Qeyd edək ki. dünyanın ən böyük təyyarəsi sayəsində artıq raketlər kosmosa yerdən deyil, havadan göndəriləcək. Qeyri-adi nəhəng təyyarə üç raketi eyni vaxtda daşıya biləcək.

Təyyarə il ərzində 6-10 dəfə uçuş edəcək və kosmosa göndəriləcək raketləri təxminən 11 min metrə qədər yüksəyə qaldıracaq. 650 ton yük daşımaq gücü olan təyyarənin ilk uçuşunun 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Çəkisi 230 ton olan təyyarənin qanadlarının açılması 117 metr təşkil edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş