Dünyanın ilk virtual müdafiə sənayesi sərgisi – SAHA EXPO

Dünyanın ilk virtual müdafiə sənayesi sərgisi – SAHA EXPO

Türkiyənin SAHA İstanbul cəmiyyəti tərəfindən 9 noyabr 2020-9 aprel 2021-ci il tarixləri arasında dünyanın ilk üç ölçülü Virtual Müdafiə Sənayesi Sərgisi SAHA EXPO keçiriləcək.

Bütün dünyada hökm sürən yeni tip koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tədbirlərin vaxtının dəyişdirildiyi və təxirə salındığı bir dövrdə fəaliyyətlərini sürətlə və uğurlu şəkildə rəqəmsal dünyaya daşıyan SAHA İstanbulun təşkil etdiyi bu Virtual Sərgi Türkiyə müdafiə sənayesinin gücünü virtual dünyaya daşıyan ilk sərgidir. Qlobal bir marka olmaq hədəfi ilə ilki keçirilən virtual sərgi internet üzərindən bütün dünyaya açılacaq.

SAHA İstanbul İdarə Heyətinin Sədri Haluk Bayraktar

Müdafiə, aviasiya və kosmik sənaye sektorunda fəaliyyət göstərən, yüksək texnologiyalı məhsul potensialına sahib yüzlərlə şirkət və universitetlərin qatılacağı virtual sərgi SAHA İstanbul üzvü olan, BİTES şirkəti tərəfindən hazırlanan XperEXPO tətbiqi ilə keçiriləcək.

SAHA EXPO sərgisinin ilk həftəsinin qarşılıqlı video konfranslara açıq şəkildə, 300-dən çox iştirakçı ilə onlayn keçiriləcəyini deyən SAHA İstanbul İdarə Heyətinin Sədri Haluk Bayraktar “SAHA EXPO virtual sərgisinin Türkiyədən və dünyanın fərqli ölkələrindən minlərlə sektor mütəxəssisinin görüşdüyü bir sərgi olacağını” bildirib.

TİHA və ATAK SAHA EXPO sərgisində

Virtual sərgidə “Akıncı” Hücum Pilotsuz Uçuş Aparatı (Taarruzi İnsansız Hava Aracı -TİHA), T-129 ATAK helikopteri, TB2 və raket sistemləri başda olmaqla, müdafiə sənayesində yüzlərlə firmanın məhsullarını və yaratdıqları sistemlər barədə məlumat almağın mümkün olacağını deyən H. Bayraktarın sözlərinə görə, yerli və milli imkanlarla Türk mühəndisləri tərəfindən yaradılmış virtual sərgi tətbiqi şirkətlərin bütün məhsullarının və vizionunun interaktiv bir formada sərgilənməsinə imkan yaradır.

“Tətbiq həm sərgi ziyarətçilərinə, həm də sərgiyə qatılacaq firmalara bir çox fərqli avantajlar qazandıracaq. 300-dən çox müdafiə, aviasiya və kosmik sənaye şirkətinin qatılacağı virtual sərgidə Şimali və Cənubi Amerika, Avropa, Yaxın Şərq, Afrika, Rusiya, Ukrayna, Pakistan, Hindistan, Malayziya, İndoneziya, Banqladeş və daha bir neçə ölkədən şirkət və dövlət təmsilçiləri B2B/B2G görüşmələrdə yer alacaq. İştirakçılar yerli və xarici alım heyətləri ilə həyata keçirəcəkləri video konfranslarla ən yeni məhsul, sistem və dizaynlarını tanıda biləcək, beynəlxalq əməkdaşlıq qura biləcəklər. Virtual sərgi 5 ay ərzində ziyarətə və firmalarla nümayəndə heyətləri arasında B2B/B2G görüşmələrinə açıq qalacaq”.

Virtual reallıq texnologiyaları

SAHA EXPO Virtual Sərgisinə hər hansı bir tətbiqi endirmədən, kompüterlə internetdən və ya SAHA EXPO mobil tətbiqi üzərindən daxil olmaq mümkündür. Giriş icazəsi verilən şəxs dünyanın istənilən nöqtəsindən sistemə daxil ola biləcək.

Dünyadan və Türkiyədən sektorun mütəxəssisləri 7/24 açıq olacaq virtual sərgidə gəzərkən virtual reallıq texnologiyaları ilə şirkətlərin 3D modelləri ilə detallı şəkildə tanış ola, firmaların və məhsulların video tanıtımlarını izləyə, şirkətlərin nümayəndələri ilə canlı video konfranslar həyata keçirə biləcəklər.

Ziyarətçilər həmçinin iştirakçı şirkətlərin broşürlərini endirə, biznes kart təqdim edə biləcəklər. Strateji bir sahədə gerçəkləşdirlən sərgiylə bağlı bütün məlumatlar və içərik təhlükəsiz şəkildə Türkiyədəki infrastrukturda saxlanacaq.

Üç ölçülü modelləmə

Sürətlə rəqəmsallaşan həyatımızda dünyanın fərqli ölkələrində ya da Türkiyədə fərqli şəhərlərdə keçirilən sərgilər üçün kilometrlərlə yolçuluq etmək də SAHA EXPO Virtual Sərgisi ilə keçmişdə qalacaq. Üç ölçülü modelləmə və interaktiv animasiyalar ilə birəbir bənzəyən məhsulları istifadəçilər ən real halı ilə SAHA EXPO-da təcrübədən keçirə biləcəklər. Mütəxəssislər evdən ya da ofisdən virtual sərgini ziyarət edə biləcək.

Sərgi virtual, əlaqə üz-üzə

SAHA EXPO virtual sərgisində üzbəüz görüşmə də mümkün olacaq. Sərgi ziyarətçiləri və iştirakçı firmaların yetkililəri arasında üzbəüz görüşmələr videokonfrans ilə təmin ediləcəkdir.

SAHA EXPO Virtual Sərgisindəki B2B / B2G görüşmələrə alım heyəti çərçivəsində qatılmaq istəyənlər lütfən aşağıdakı forumu doldursunlar: https://www.sahaexpo.com/registration-form

Mobil tətbiq

Sistem məhdudiyyətsiz sayda istifadəçinin sərgiyə qoşulmasına imkan verir. Bütün platformalardan istifadə edilə bilən SAHA EXPO-nun mobil tətbiq özəlliyi də önə çıxır. Bu tətbiq vasitəsi ilə dnyanın hər hansı bir yerində, online bağlantının olduğu bir nöqtədən sistemə girib sərgini gəzmək mümkün olacaqdır.

SAHA EXPO Virtual Sərgi tətbiqində anket, analizlər və raporlama, fərqli dil dəstəyi, sosial media hesabları ilə inteqrasiya kimi özəlliklər var. Hansı istifadəçinin hansı firmanın stendini neçə dəfə ziyarət etdiyi, nə qədər müddət orada qaldığı, broşür endirib endirmədiyi kimi məlumatlar da tətbiqdə mövcuddur.

Real sərgi 2021-ci ildə

Əvvəlcə SAHA İstanbul tərəfindən 4-7 noyabr 2020-ci il tarixlərində təşkil olunacağı bildirilən SAHA EXPO sərgisi COVİD-19 pandemiyası ilə əlaqədar iştirakçıların və ziyarətçilərin sağlığı və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlər diqqətə alınaraq 10-13 noyabr 2021-ci il tarixinə keçirilib. SAHA EXPO bu tarixdə Yeşilköy İstanbul Sərgi Mərkəzində gerçəkləşdiriləcək.

Qeyd edək ki, SAHA EXPO Virtual Müdafiə Sənayesi Sərgisi Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Komitəsi, MKEK kimi təşkilatların, ASELSAN, ROKETSAN, HAVELSAN, Baykar, Kale Qrup, DowAksa kimi dünyada tanınan müdafiə sənayesi şirkətlərinin iştirakı ilə keçirilir.

Virtual sərginin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz.

 

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş