Düşmən atəşi nəticəsində 1479 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası və 241 mülki obyekt yarasız vəziyyətə düşüb

Düşmən atəşi nəticəsində 1479 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası və 241 mülki obyekt yarasız vəziyyətə düşüb

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00 qədər olan vaxtadək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 1479 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası və 241 mülki obyekt yarasız vəziyyətə düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş