Düşmən atəşi nəticəsində 1505 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası və 277 mülki obyekt dağılıb

Düşmən atəşi nəticəsində 1505 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası və 277 mülki obyekt dağılıb

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00 qədər olan vaxtadək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 214 nəfər xəsarət alıb.

Həmçinin, 1505 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası və 277 mülki obyekt yarasız vəziyyətə düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş