Düşmən Goranboya qadağan olunmuş 4 ədəd kasetli sursat atıb, ölən var

Düşmən Goranboya qadağan olunmuş 4 ədəd kasetli sursat atıb, ölən var

Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisinə dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kasetli sursat atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

Bu barədə Azeri Defence saytına Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilib.

Məlumatda o da qeyd olunub ki, qeyd olunan bombacıqlar “Kasetli Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş