Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib – VİDEO

Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib – VİDEO

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş