Düşmənin 1 tankı, 3 topu və komanda müşahidə məntəqəsi sıradan çıxarılıb

Düşmənin 1 tankı, 3 topu və komanda müşahidə məntəqəsi sıradan çıxarılıb

Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var.

Azeri Defence saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yadığı məlumatda deyilib.

Bildirilib ki, artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş