Düşmənin daha iki tankı məhv edilib – VIDEO

Düşmənin daha iki tankı məhv edilib – VIDEO

Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən  tankının məhv edilməsi anı əks olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş