
Düşmənin məhv edilən zirehli tank texnikasının ümumi dəyəri 645 milyon dollar təşkil edir
Prezident İlham Əliyev bu gün xalqa müraciətində 27-si sentyabrdan bu günə qədər Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb.
“Azeri Defence”nin hazırda dünya silah bazarındakı mövcud qiymətlər ətrafında apardığı eksklüziv araşdırmalara görə, toplamda düşmənin məhv edilən tank və piyada döyüş maşınlarının ümumi dəyəri 645 milyon dollara yaxın olub.
Bir ay ərzində düşmənin vurulan və qənimət götürülən 305 tankının (252 tank vurulub, 53 tank qənimət götürülüb) dünya bazarında təqribi dəyəri 610 milyon ABŞ dolları, 79 ədəd piyada döyüş maşınının (50 ədəd vurulub, 29 ədəd qənimət götürülüb) təqribi dəyəri 37-39 milyon ABŞ dolları təşkil edir.
KATEQORIYA: Xəbərlər