Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib, müqaviməti qırılan bölmələrdə kütləvi fərarilik müşahidə olunur

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib, müqaviməti qırılan bölmələrdə kütləvi fərarilik müşahidə olunur

Əldə olunan məlumata əsasən oktyabrın 12-dən 13-ə keçən gecə döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş