Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00 qədər olan vaxtadək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb.

Habelə, 1185 yaşayış evi, 57 çoxmərtəbili yaşayış binası və 148 mülki obyekt yarasız vəziyyətə düşüb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş