EASA А400М-ə məhdud sertifikat verib

Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) А400М hərbi-nəqliyyat təyyarəsinə uçuş üçün məhdud sertifikat verib.

“AzeriDefence”nin məlumatına görə, EADS Military şirkəti tərəfindən hazırlanmış А400М təyyarəsi uçuş icazəsi alması üçün EASA mütəxəssisləri tərəfindən qiymətləndirilib. EASA hazırkı mərhələdə təyyarəyə RTC (Restricted Type Certificate) tipli uçuşa tam icazənin verilməsini nəzərdə tutmayan sertifikatla təmin etməyi qərara alıb. Təyyarənin 2012-ci ildə tam şəkildə sertifikat alması gözlənilir.

Bunun üçün А400М sınaq dövründə 300 saat müddətində uçuş həyata keçirməlidir. İndiyə kimi təyyarə sınaq çərçivəsində Cənubi Amerika, cənub-şərqi Asiya ölkələrinə uçuş həyata keçirib.

KATEQORIYA:
Bu xəbəri paylaş