EDA soyuq mühitlərdə xidmət edən hərbçilərin təchizatını təkmilləşdirir

EDA soyuq mühitlərdə xidmət edən hərbçilərin təchizatını təkmilləşdirir

Avropa Müdafiə Agentliyi (European Defence Agency –EDA) həddindən artıq soyuq və buzlu hava şəraitində xidmət edən Silahlı Qüvvələrin əməliyyat geyimlərini və texnikasını yaxşılaşdırmaq üçün yeni bir tədqiqat layihəsinə başlayıb.

Bu barədə “AzeriDefence” EDA-nın saytına istinadən məlumat verib.

Məlumatda bildirilir ki,soyuq iqlimdə hərbi missiyalar və əməliyyatlara cəlb olunan qoşunlardan yüksək fiziki, əməliyyat və zehni hazırlıq tələb olunur. Təcrübə göstərir ki, əsgərlərin xeyli hissəsi soyuq havanın yaratdığı don vurma, hipotermiya və digər xəsarətlərdən və performanslarına təsir göstərən mənfi enerji balansından əziyyət çəkirlər.

“Şimaldakı əməliyyatları davam etdirmək üçün soyuqla əlaqəli xəsarətlərin yaranmasına səbəb olan risk faktorları, bu faktorların qoşunların təhlükəsizliyinə və effektivliyinə təsiri haqqında dərin biliklərin olması vacibdir”, – deyə Agentlik bildirib.

Niderlandın rəhbərliyi altında həyata keçirilən layihədə Fransa, İsveç və Norveç (Norveç EDA üzvü deyil, Agentlik ilə İnzibati Saziş bağlayıb) iştirak edir. Dörd illik layihədə məqsəd, əsgərlərin soyuq hava ilə əlaqəli xəsarət alma riskini azaltmaq və arktik mühitdə döyüş qabiliyyətlərini artırmaq üçün vasitələr hazırlamaqdır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş