EF88 hücum tüfəngi üçün SL40 lüləaltı qumbaraatanı seçildi

Thales Australia şirkəti geniş sınaqlardan sonra özünün yeni EF88 hücum tüfənginin təchizatı üçün Steyr Mannlicher şirkətinin SL40 lüləaltı qumbaraatanın seçib. Bu barədə “AzeriDefence” ASDNews saytına istinadən məlumat verib.

Qumbaraatan tüfəngin bütün variantlarına saniyələr ərzində, heç bir alət istifadə olunmadan birləşdirilə bilir. Qumbaraatanın çəkisi 1025 qramdır.

Thales Australia EF88 hücum tüfəngini LAND-125 proqramında istifadə olunan F90 tüfəngini əvəz etmək üçün hazırlayır. Atıcı silahın yeni kompleksinin sınaqları 2014-cü ilin (Land 125 Ph3C proqramı) başlanğıcına nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş