Əfqanıstan Prezidenti: Azərbaycan sülhməramlıları Əfqanıstanın təhlükəsizliyinə töhfə verir

Azərbaycan sülhməramlıları Əfqanıstanın təhlükəsizliyinə töhfə verir.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu bu gün Əfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən 7-ci Nazirlər Konfransında çıxışı zamanı deyib.

Əfqanıstan Prezidenti Azərbaycan sülhməramlılarının ölkəsinin təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib.

KATEQORIYA:
Bu xəbəri paylaş