Əfsanəvi T-72-nin yeni variantı silahlanmaya daxil edildi – FOTO

Yeni modernləşdirilən T-72B3 tankları Rusiya Silahklı Qüvvələrinin istismarına verilib və qoşun birləşmələrində sıraya daxil edilib.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, 20 tank ordunun Qərb hərbi dairəsinin müvafiq qoşun birləşmələrinin istismarına verilib.

T-72B3 tanklarının ilk partiyası Moskva vilayətində dislokasiya olunacaq.

Bu tankların iştirakı ilə ilk təlimlər isə fevralın sonlarında keçiriləcək.

Məlumatda o da qeyd olunub ki, T-72B3-lər sələflərindən daha güclü mühərriki, silahlanması, nişangahı və idarəetməsi ilə fərqlənir.

Bundan başqa T-72B3-də rəqəmsal displey və görüntünü içəri ötürən ön və arxa kameralar mövcuddur.

Modernləşmə korpusda da aparılıb. Zireh örtüyü gücləndirilib, modulun qorunması üçün dinamik müdafiə sistemi yaradılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş