Ehtiyatda olan zabit Üzeyir Cəfərov hərbi xidmətə qayıdıb

Ehtiyatda olan zabit Üzeyir Cəfərov hərbi xidmətə qayıdıb

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov hərbi xidmətə qayıdıb.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Üzeyir Cəfərov özünün sosial media hesabında bildirib.

O bu gündən Azərbaycan Ordusunun hərbi hissələrdən birində polkovnik rütbəsində zabit kimi xidmət edəcək.

“Vətən və xalq qarşısında xidmətlərimi nəzərə alıb yuxarı komandanlıq mənə “Polkovnik” hərbi rütbəsini təqdim edərək uğurlu xidmət arzuladı. Mən də qarşıdakı xidmət müddətində göstərilən etimadı doğruldacağıma söz verdim.

Mənə göstərilən etimada, diqqətə və qayğıya görə başda Ali Baş Komandanımız olmaqla hər kəsə minnətdarlığımı bildirirəm!”, – deyə polkovnik Üzeyir Cəfərov deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş