Ekspert: “Türkiyənin əlində rusların zenit-raket komplekslərini “kor edəcək” sistemlər var”

Türkiyənin əlində rusların Suriyada yerləşdirdikləri zenit-raket komplekslərini “kor edəcək” kifayət qədər sistemlər var.

Bunu “AzeriDefence”yə açıqlamasında hava hücumundan müdafiə sistemləri üzrə ekspert Vüqar Miraslanov bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə silahlanmasındakı AEW&C təyyarələri vasitəsi ilə də bunu yerinə yetirə bilər. Digər təsirli sistem olaraq haqqında bəhs edilən, ASELSAN şirkəti tərəfindən istehsal edilmiş KORAL sistemi görülür: “KORAL həm təyyarələrə qarşı tətbiq oluna bilir. Eyni zamanda raketlə ZRK arasında rabitəni də əngəlləyir. KORAL rəqibin sistemlərinin tezliyini aşkarlayıır və həmin tezliklərdə maneələr yaradır. Bu zaman rəqibin radarında bütün informasiyalar qarışır”.

Ekspertin sözlərinə görə, KORAL S-400 ZRK-nin radarına qarşı da effektivdir: “Amma bu halda, o radarlar bir-birinə həndəsi olaraq bir xətt üzərində durub, bir-birini görməlidirlər. Düzdür, dağlıq ərazilərdə bu həm çətindir, həm də radarla üzbəüz durub güclü siqnallar buraxmaqla öz yerini aşkarlayır. Əgər müharibə yoxdursa, belə taktikaya əl atmaq olar. Döyüş şəraitində bu təhlükəli işdir. Ona görə də döyüş şəraitində AEW&C, həmçinin F-4A və EA-18G “Growler” təyyarələrindən istifadə olunur. Bu sistemlər isə rəqibin təyyarələrinə qarşı pusquda saxlanılır”.

KATEQORIYA:
Bu xəbəri paylaş