“Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” layihəsinin yekun toplantısı keçirilib – FOTO

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində hərbi sahədən yazan jurnalistlər üçün təşkil edilən “Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” layihəsinin yekun toplantısı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Ümid Mirzəyev layihənin əhəmiyyətindən danışıb və hər zaman belə layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müdri Həmid Vəliyev bildirib ki, layihə müharibə şəraitində yaşayan Azərbaycana çox böyük fayda verəcək.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Nizami Əliyev və digər çıxış edən qonaqlar da hərbi sahədən yazan jurnalistlər üçün keçirilən təlimin uğurlarından danışıb və icra edilən layihənin nəticələrini yüksək qiymətləndiriblər.

Tədbirdə təlimin gedişi və hesbatı ilə bağlı videoçarx nümayiş etdirilib.

Layihə rəhbəri, “Dinc Dünya” Araşdırma Mərkəzinin sədri Əlisafa Mehdiyev bu layihənin həyata keçirilməsində əməyi olan aidiyyatı qurumlara öz minnətdarlığını bildirib.

Tədbirin sonunda təlimdə iştirak edən jurnalistlərə diplom və ekstremal jurnalistin əl kitabı verilib. Təltif edilənlər arasında “Azeri Defence” hərbi-texnoloji jurnalın əməkdaşı Zaur Babaşov da olub.

Qeyd edək ki, “Dinc Dünya” Araşdırma Mərkəzi tərəfindən keçirilən layihə Azərbaycan prezidenti İlham Əliyevin 24 sentyabr 2014-cü ildə imzaladığı cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri barədə sərəncama əsasən həyata keçirilib. Azərbaycanda kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən sözügedən təlimlərdə məqsəd təhlükəli vəziyyətlərdən (döyüş yerindən, cəbhədən, terrordan) media materialı hazırlamağın hüquqi-təcrübi-psixoloji normativlərini təlim etmək, yəni cəbhə xəbərlərini yayan jurnalistlərə davranış peşəkarlığını öyrətmək və bununla da ölkə jurnalistikasında ekstremal jurnalistikanın qaydalar bazasını yaratmaqdır. Təlim prosesi Müdafiə Nazirliyinin bazasında zabit-mütəxəssis heyəti ilə keçirilib.

14383300_567859433400192_1088557851_n  14407766_567859083400227_249221314_n

KATEQORIYA:
Bu xəbəri paylaş