Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilir

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun  birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə 26 fevral tarixindən başlayan komanda-qərargah təlimi davam edir.

“AzeriDefence” “Naxcivantv.az”a istinadən xəbər verir ki, komanda-qərargah təlimi üçpilləli, iki tərəfli olub iki mərhələdə icra edilir.

Təlimin birinci mərhələsində birləşmə və hissələrin “Həyəcan” siqnalı ilə qaldırılaraq rayonlara çıxarılması, qərarların qəbul edilməsi, döyüşün planlaşdırılması və bölmələrin gizli idarə edilməsi üzrə tədbirlər həyata keçirilib.

İkinci mərhələdə Simulyasiya Mərkəzində kompüter üzərində oynanılaraq qəbul edilmiş qərar və planların reallığı nəzərdən keçiriləcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş