“Elbit Systems” 1000-dən çox THOR mini PUA ixrac edəcək

“Elbit Systems” 1000-dən çox THOR mini PUA ixrac edəcək

İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanan multirotor tipli pilotsuz uçuş aparatının sınaqları tamamlanıb.

Bu barədə Azeri Defence saytına “Elbit Systems” şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, THOR adlı vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik mini PUA-nın sınaqları müvəffəqiyyətlə tamamlanıb. Seriyalı istehsala hazır vəziyyətə gətirilən THOR aparatı MIL-STD-810 tələblərinə cavab verir.

“Elbit Systems” 2019-cu ildə Cənub-Şərqi Asiya ölkəsi ilə 1000-dən çox THOR VTOL mini PUA da daxil olmaqla müxtəlif təyinatlı PUA-ların tədarükünə dair müqavilə bağlayıb. Müqavilənin dəyəri 153 milyon ABŞ dolları təşkil edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş