Elbit Systems Azərbaycanla əməkdaşlığı dərinləşdirir

İsrailin Elbit Systems şirkəti Azərbaycanla ticarət dövriyyəsini artırmaq, həm hərbi, həm də mülki sahədə əlaqələri genişləndirməyi düşünür. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq “BakuTel-2012” sərgisində iştirak edən Elbit Systems şirkətinin nümayəndələri bildiriblər.

Hazırda Elbitin Azərbaycandakı bir çox layihələrdə iştirak etdiyini deyən şirkət rəsmisinin sözlərinə görə, bura tankların modernizasiyası, Azərbaycan Ordusunun elektro-optik və kəşfiyyat sistemləri ilə təchizatı, rabitə sistemlərinin, pilotsuz uçuş aparatlarının çatdırılması, Silahlı Qüvvələrin regional komanda-idarəetmə mərkəzlərinin qurulması və s. daxildir.

“Azərbaycan tərəfi hazırda Elbit ilə yeni layihələr üzrə müzakirələri də davam etdirir”, – deyə şirkət rəsmiləri vurğulayıblar.

“BakuTel” sərgisində Elbit Systemsl şirkəti Tadrian CNR-9000HDR/İP, Tadrian HF-6000, Tadrian PNR-500, Tadiran CNR-710MB ailəsindən müxtəlif hərbi təyinatlı radiostansiyaları, Tadrian GRC-408E tipli çoxinterfeysli İP və TDM radiorele stansiyasını, MİCOM-3 radiostansiyasını, İRCS rabitə əlaqəsi sistemi, Elbit TİGER taktik regional intraseti, JS monokulyar əl displeyi, həmçinin bir sıra rabitə və kosmik sistemlərini tanıdıb.

KATEQORIYA:
Bu xəbəri paylaş