“Elbit Systems” Filippinə “Hermes-900” PUA-ları tədarük edir

“Elbit Systems” Filippinə “Hermes-900” PUA-ları tədarük edir

Filippin Hərbi Hava Qüvvələri ilə İsrailin “Elbit Systems” şirkəti arasında “Hermes-900” pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə bağlanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Filippin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Müqavilə çərçivəsində “Elbit Systems” şirkəti Filippin HHQ-ə 6 ədəd “Hermes-900” MALE sinif PUA tədarük edəcək. Müqaviləyə əsasən “Hermes-900” PUA-ların sifarişçiyə çatdırılması bu il tamamlanmalıdır.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl “Elbit Systems” şirkəti Filippin HHQ-ə 3 ədəd “Hermes-900” pilotsuz uçuş aparatı tədarük edib.

“Hermes-900” PUA-nın faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. 9100 metr yüksəkliyə qalxa və havada fasiləsiz 36 saat uça bilən PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş