Elbit Systems şirkəti “Skylark I”ləri müasirləşdirir

Elbit Systems şirkəti “Skylark I LE” tipli pilotsuz uçuş aparatlarının (PUA) müasirləşdirməsinə başlayıb. Bu barədə “AzeriDefence” Flightglobal saytına istinadən məlumat verib.

Müasirləşdirmə İsrail Müdafiə Nazirliyinin arzusu nəzərə alaraq edilib və üzərində işlər tamamlanmış pilotsuz təyyarələr artıq qoşunlara verilir. Elbit Systemsin məlumatına görə, dəyişikliklər hesabına aparatın effektivliyi yüksəlib.

“Skylark I”in maksimal uçuş çəkisi 7,5 kiloqram təşkil edir. Pilotsuz təyyarə üç saata qədər havada qalmağa və 4,6 min metr yüksəklikdən müşahidəni aparmağı bacarır.

KATEQORIYA:
Bu xəbəri paylaş