Elbit Systems yeni pilotsuz kəşfiyyat texnologiyasını təqdim edib

İsrailin Elbit Systems şirkəti öz pilotsuz uçan aparatların siyahısına yeni, hiperspektral sistemə malik iki pilotsuz uçuş aparatını (PUA)– “Hermes 450” və “Hermes 900” aparatlarını daxil edib. “AzeriDefence”nin məlumatına görə, yeni PUA-ların hiperspektral təsvir texnologiyası eyni zamanda regionun və maraqlı ərazinin müxtəlif formalarda təsvirini yaradır. Hiperspektral sistem isə şəkli spektr formasında göstərir. Qeyd edək ki, hər şəklin spektri insanın barmaq izləri kimi unikaldır. Bu həssas təsvir sistemi hətta uzaq yerləri böyük rəng çalarları ilə göstərməyə imkan verir. Təsvirlər isə yüksək dəqiqliyə malikdirlər.

Şirkətin açıqladığı məlumata görə, yeni sistem görünməz maneələrin materialların və obyektləri izləməyə, həmçinin təhlükəli materialları təyin etməyə imkan verəcək.

Elbit Systems artıq sistemin inkişafını tamamlayıb və bu yaxınlarda müvəffəqiyyətli sınaq uçuşlarını aparıb.

KATEQORIYA:
Bu xəbəri paylaş