Elçin Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb. BMT İnkişaf Proqramının iştirakı ilə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələrin vacibliyi vurğulanıb, birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsini qeyd edib. İşğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb.

Söhbət zamanı dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Dövlət Sərhəd Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını qeyd ediblər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş