Elçin Quliyev: “Dəniz sərhədlərinin mühafizəsində yeni mərhələ başlayıb”

Elçin Quliyev: “Dəniz sərhədlərinin mühafizəsində yeni mərhələ başlayıb”

Fevralın 18-də Xəzər dənizində Azərbaycanın dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək hələ 15 il öncə dənizdə dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradıldığını, 2008-ci ilin noyabrın 8-də regionda bənzəri olmayan yeni dəniz hərbi bazasının istifadəyə verildiyini, ölkənin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

Münhen Təhlükəsizlik Konfransında Prezident  İlham Əliyev tərəfindən canlı debatda beynəlxalq auditoriya qarşısında Ermənistanın Baş nazirinə tarix və beynəlxalq siyasət dərsi keçməklə Azərbaycan torpaqlarının işğal altında qalması ilə bağlı barışmaz mövqeyini, dövlətin ərazi bütövlüyünün bərpa edilməsinin fundamental haqqımız olduğunu, milli dövlətçiliyin gücünü, qüdrətini və yenilməzliyini növbəti dəfə nümayiş etdirdiyini diqqətə çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu tarixi hadisənin Azərbaycan sərhədçisinin qələbə əzmini, qəhrəmanlıq ruhunu yüksəklərə qaldırdığını xüsusilə vurğulayıb.

Xidməti-döyüş fəaliyyətinə başladıqları ilk gündən dəniz sərhədçilərinə xüsusi diqqət ayıran Prezident İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın icrasının təmin edilməsi üzrə DSX-nin Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”nin inşa edildiyini, 12 ədəd “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinə baxış məqsədilə Prezidentin dəfələrlə DSX-nin Sahil Mühafizəsinin bazasında olmasını xüsusilə qeyd edən general-polkovnik Elçin Quliyev bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövləti maraqlarının qorunması imkanlarının xeyli genişləndiyini, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daim ali diqqətin göstərildiyini və yüksək nəticələrin əldə olunduğunu qeyd edib.

2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanmasını əlamətdar hadisə kimi qeyd edən Dövlət Sərhəd Xidmətinin rəisi bu sənədin Azərbaycanın dəniz sərhədlərinin mühafiziəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaratdığını bildirib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dənizçi sərhədçilərin Xəzər dənizində əldə etdiyi yüksək nailiyyətlər haqqında məruzə edib.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş