Elçin Quliyev Tatarıstan prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovla görüşüb.

“AzeriDefence”nin Tatarıstan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıb.

Xatırladaq ki, Elçin Quliyev Tatarıstan Respublikasında işgüzar səfərdədir. O, Kazana Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini – Sərhəd Xidmətinin rəisi Vladimir Kulişevlə səfər edib. E. Quliyev Tatarıstanın baş naziri İldar Xaliqovla ötən gün görüşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş