Elçin Quliyev Tatarıstanda səfərdədir

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Rusiyaya səfəri çərçivəsində
Tatarıstan Respublikasının paytaxtı Kazanda görüşlər keçirib.

“AzeriDefence”nin Tatarıstan hökumətinin rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, Kazana Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini – Sərhəd Xidmətinin rəisi Vladimir Kulişevlə səfər edib.

Kazanda xidmət rəislərini Tatarıstanın baş naziri İldar Xaliqov qəbul edib. Hazırda görüş davam etdirilir.

Sabah isə Elçin Quliyevlə Tatarıstanın prezidenti Rüstəm Minnixanov arasında görüş keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş