Elçin Quliyev Türkiyə Quru Qoşunları Komandanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev iyunun 12-də DSX Aparatında Türkiyə Quru Qoşunlarının Komandanı, ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycanın DSX və Türkiyənın Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş