Elçin Quliyev və Aydın Əliyev sərhəd-keçid məntəqəsində buraxılışın vəziyyətini yoxlayıblar – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komi­tə­sinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev “Samur” dövlət  sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitə­lərinin dövlət sərhədindən buraxılışı vəziyyətini yoxlayıblar.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 19-da keçirilən yoxlama zamanı prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmi­ləş­di­rilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­­­dirilməsi məq­sə­dilə dövlət sərhə­dindən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə keçirilən xidməti müşa­virədə prezident İlham Əliyevin ölkə­mizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkar­lığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorun­ması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparıl­ıb.

Bu tapşırıqlar baxımından “Samur” dövlət sərhədindən buraxılış məntə­qə­sin­dəki mövcud vəziyyət, DSX-nın və DGK-nın yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlən­məsi məsələləri müza­kirə edilib və vəzifəli şəxslərin məru­zələri dinlənil­ib. Sərhədkeçmə məsələlərinin daha da təkmil­ləş­dirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

KATEQORIYA:
Bu xəbəri paylaş